Polşa nüvə silahı ideyasını dəstəkləyir
“Polşa Müdafiə Nazirliyi nüvə əməkdaşlığı proqramı məsələlərini NATO çərçivəsində daim təhlil olunan mövzular kimi qiymətləndirir”.
TodayPress TV xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, ölkənin öz elmi-tədqiqat və təcrübi-konstruktor imkanlarının inkişafını dəstəkləyir. O, yalnız plan və niyyətlər barədə danışmaqdansa, daha çox iş görməyin vacib olduğunu vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Polşa Prezidenti Karol Navrotski ölkənin nüvə silahı əldə etmək istiqamətində hərəkət etməli olduğunu bəyan edib və bunu təhlükəsizlik riskləri ilə əsaslandırıb.
Aysel Mətləb