Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!"

Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!"
16.06.2026 23:00 Dünya

Rəsmi Pekin Böyük Britaniyanın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyinin şərhində məlumat verilib.

"Çin Böyük Britaniyanın beynəlxalq hüquqda heç bir əsası olmayan və Çin şirkətlərinin qanuni hüquq və mənafelərinə zərər vuran birtərəfli sanksiyalar tətbiq etməsinə qəti şəkildə qarşı çıxır. Biz bu məsələ ilə bağlı Britaniya tərəfinə ciddi etiraz ünvanlamışıq", - deyə mətndə bildirilib.

Diplomatik nümayəndəlikdən bəyan ediblər ki, Pekin Ukrayna üzrə "sülh danışıqlarının təşviq edilməsinin ardıcıl tərəfdarıdır" və "ikitəyinatlı malların ixracına ciddi nəzarət edir".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər