Parisdə 30 nəfərlik qrup polisə hücum etdi

Parisdə 30 nəfərlik qrup polisə hücum etdi
26.12.2025 18:45 Dünya

Paris şəhərinin 19-cu rayonunda təxminən 30 nəfərdən ibarət bir qrup polis əməkdaşlarına hücum edib.

TodayPress TV xəbər verir ki, hücum zamanı beş polis yaralanıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Hadisə zamanı polis şübhəli bir kişini saxlayıb. Daha sonra 30 nəfərlik qrup polisə hücum edib və üç nəfər saxlanılıb. Polis əməkdaşları öldürücü olmayan silahlardan və elektroşokerlərdən istifadə etməli olublar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər