Nepalda faciənin miqyası böyüyür: 2 minə yaxın itkin, yüzlərlə ölü
Nepalda baş vermiş güclü daşqından sonra təxminən 2 min nəfər itkin düşüb, 4,4 mindən çox insan isə xilas edilib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Risklərinin Azaldılması və Fəsadların Aradan Qaldırılması üzrə Milli İdarəsi açıqlama yayıb.
“1 924 nəfər itkin düşmüş hesab olunur. Ümumilikdə 4 451 nəfər xilas edilib”, - deyə idarədən bildirilib.
Qeyd olunub ki, onların arasında 517 xarici turist var. Mövcud məlumatlara görə, xilasetmə əməliyyatına 15 431 nəfər cəlb olunub.
Axtarış qrupları 579 nəfərin meyitini aşkar edib. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Aysel Mətləb