Moskva Ermənistanın xahişini RƏDD ETDİ: Sənədlər qəbul olunmadı

Moskva Ermənistanın xahişini RƏDD ETDİ: Sənədlər qəbul olunmadı
25.09.2026 21:44 Dünya

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyəti aradan qaldırmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Rosselxoznadzor" "TASS"a məlumat verib.

Bildirilib ki, Ermənistan tərəfi bu məhsulların istehsalı zamanı aşkarlanmış pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri təqdim etməyib.

Xatırladaq ki, daha əvvəl Rusiya aşkar edilmiş pozuntular səbəbindən Ermənistanın mineral su, alkoqollu içkilər, tərəvəz, meyvə, balıq və süd məhsulları da daxil olmaqla bir sıra məhsullarının idxalını məhdudlaşdırıb.

“Rosselxoznadzor”dan qeyd olunub ki, Ermənistanın Müfəttişlik orqanından yalnız zəmanət və müraciətlər daxil olub. Qeyd olunub ki, məhdudiyyətlərin aradan qaldırılması üçün bunun kifayət etmədiyi barədə məlumat Ermənistan tərəfinə göndərilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər