“Ağ Şəhər”də həm qışda, həm yayda enerjiyə qənaət olunacaq

“Ağ Şəhər”də həm qışda, həm yayda enerjiyə qənaət olunacaq
26.09.2026 12:21 Tədbirlər

“Bakı Ağ Şəhər” layihəsinin ekoloji vizyonu ilk gündən baş plana daxil edilib. Buraya iqlim şəraitinə uyğun şəhər planlaşdırması, layihənin mövcud şəhər mühiti və nəqliyyat strategiyası ilə inteqrasiyası daxildir”.

TodayPress TV xəbər verir ki, bunu “Bakı Ağ Şəhər” layihəsinin xüsusi layihə meneceri Elena Çernova 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

O qeyd edib ki, layihə sakinlərinin ictimai nəqliyyatdan istifadəsinin təşviqi avtomobillərdən istifadəni və səfərlərin sayını azaltmaqla atmosferə atılan emissiyaların aşağı salınmasına xidmət edir.

Həmçinin o, binaların həddindən artıq isinmə və soyumasının qarşısını alan fasadların, hər bir yaşayış bölməsində təbii havalandırmanın, yaşıllıq zonalarının və piyadalara üstünlük verən şəhər mühitinin yaradıldığını bildirib.

“Bir sıra biznes binaları artıq BREEAM standartları üzrə sertifikatlaşdırılıb. Hazırda bu təşəbbüs yaşayış binaları üçün də davam etdirilir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər