Anna Soavage: Tarixi irsin bərpası yerli əhali üçün yeni iş yerləri yaratmalıdır
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə Ölkə Proqramının rəhbəri Anna Soavage İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxış edib.
TodayPress TV xəbər verir ki, o, şəhərsalma və ərazi planlaşdırılması tarixi irsin qorunması ilə yanaşı, iri investisiyaların inklüziv inkişafa yönəldilməsində əsas alət olduğunu bildirib.
UN-Habitat rəsmisi vurğulayıb ki, bərpa layihələri yerli əhalini sıxışdırmamalı, əksinə, mikrobiznesi dəstəkləməli, yeni iş yerləri yaratmalı və Dövlət-Özəl-İcma Tərəfdaşlığı (4P) modeli ilə sakinlərin qərarqəbuletmədə iştirakını təmin etməlidir.
Jalə Rövşən