Dünyada sıfırdan yeni şəhər salınan layihə çox azdır, biz bunu edirik – Emin Ağalarov

Dünyada sıfırdan yeni şəhər salınan layihə çox azdır, biz bunu edirik – Emin Ağalarov
26.09.2026 11:43 Tədbirlər

“Sea Breeze layihəsinin ilkin master-planının dəfələrlə yenilənməsinə baxmayaraq, layihənin təxminən 50 faizi artıq həyata keçirilib”.

TodayPress TV xəbər verir ki, bunu “Sea Breeze”in təsisçisi və baş icraçı direktoru Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda layihə ərazisində tikinti işləri geniş vüsət alıb və layihənin beynəlxalq investisiya xəritəsində də öz yerini tutacağı gözlənilir.

Emin Ağalarov “Sea Breeze”də əldə olunan təcrübənin daha böyük miqyasda, o cümlədən digər regionlarda həyata keçiriləcək layihələr üçün model kimi tətbiq oluna biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, “Sea Breeze” üçün əsas hədəflərdən biri müasir şəhərsalma konsepsiyasına uyğun yeni şəhər modeli yaratmaqdır. Layihədə yaşıl enerjidən istifadə, təhlükəsizlik və müasir memarlıq həlləri əsas istiqamətlər sırasındadır:

“Dünyada sıfırdan yeni şəhərlərin salındığı layihələr çox deyil. Azərbaycanda isə düzgün master-plan, dizayn və planlaşdırma ilə belə bir şəhər yaratmaq mümkündür”, - deyə Emin Ağalarov bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər