Şahdağda bu mövsümdən etibarən FIS Dünya Kuboku keçiriləcək

Şahdağda bu mövsümdən etibarən FIS Dünya Kuboku keçiriləcək
26.09.2026 12:02 Tədbirlər

“Gələcəkdə yeni klasterlərin yaradılması nəzərdə tutulur. Məsələn, Şahdağ Dağ Kurortunda hazırda maraqlı layihələr həyata keçirilir. Şahdağ bu mövsümdən etibarən FIS Dünya Kuboklarının da keçiriləcəyi məkandır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Turizm Şurasının baş icraçı direktoru Florian Sengstschmid 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Bildirilib ki, Azərbaycanda sağlamlıq və wellness, mədəniyyət və irs istiqamətləri üzrə də klasterlərin yaradılması nəzərdə tutulur.

“Qarabağda işğaldan azad edilmiş ərazilər də təbii sərvətlərin, mədəniyyətin və irsin bir araya gəldiyi məkanlardır. Bakıdan kənarda belə çoxsaylı mərkəzlər mövcuddur. Biz diqqəti məhz bu regionlara yönəltmək istəyirik”, - deyə çıxışda vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan yalnız Bakı ilə məhdudlaşmayan geniş investisiya və inkişaf imkanları təqdim edir:

“Azərbaycan hazırdır – yalnız Bakı deyil, regionlar da. İnfrastruktur mövcuddur, üstqurum formalaşıb və çoxsaylı perspektivli inkişaf layihələri həyata keçirilir”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər