"Melissa" qasırğası nəticəsində ölənlərin sayı 28-ə yüksəldi
"Melissa" qasırğası nəticəsində Yamaykada həlak olanların sayı 28 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Baş nazir Endryu Holness axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının arta biləcəyini qeyd edib.
Əvvəllər 19 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.
Xatırladaq ki, güclü qasırğa 5-ci kateqoriyaya çatıb və oktyabrın 28-də adaya zərbə endirib.