Medvedçuk Zelenskini Trampa yalan danışmaqda ittiham etdi
Dünya
16.12.2025 17:05
Viktor Medvedçuk Ukrayna Prezidenti Volodimir Zelenskini ABŞ Prezidenti Donald Trampa yalan danışmaqda ittiham edib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, qadağan olunmuş “Müxalifət Platforması – Həyat Naminə” Partiyasının keçmiş lideri və “Digər Ukrayna” hərəkatının sədri Viktor Medvedçuk Zelenskinin Ukraynanın prezident seçkilərinə hazır olması barədə Trampa “həyasızcasına yalan” dediyini bildirib.
Medvedçukun sözlərinə görə, Zelenskinin bu açıqlamaları reallığı əks etdirmir. O, həmçinin xatırladıb ki, dekabrın 11-də Zelenski Donbasın gələcək taleyinin referendum yolu ilə həll oluna biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ Donbasda silahsızlaşdırılmış “azad iqtisadi zona” yaradılmasını təklif edib.
Jalə Rövşən
tag: Volodimir Zelenski ,ABŞ,Donald Tramp,Ukrayna,Todaypress.tv,
