Malayziyada güclü daşqınlar: 15 mindən çox insan təxliyə edildi

Malayziyada güclü daşqınlar: 15 mindən çox insan təxliyə edildi
19.12.2025 19:30 Dünya

Malayziyada baş verən güclü daşqınlar səbəbindən 15 mindən çox insan müvəqqəti sığınacaqlara köçürülüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Bernama" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə təxliyə edilənlərin sayı 15 min 358 nəfərdir. Daşqınlardan ən çox zərər çəkən ştat Pahanq olub. Burada 13 min 472 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Rəsmi məlumatlara əsasən, 2024-cü ildə daşqınların ölkəyə vurduğu ziyan 933,4 milyon ringgit (təxminən 228,6 milyon dollar) təşkil edib. Bu məbləğ Malayziyanın ümumi daxili məhsulunun 0,05 faizinə bərabərdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər