Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək"

Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək"
31.05.2026 05:00 Dünya

Livanın Baş naziri Nəvaf Salam ölkənin cənubunda İsrail tərəfindən "təhlükəli və görünməmiş" eskalasiyanı pisləyib və dərhal atəşkəsə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə xalqa müraciətində bildirib.

"Yandırılmış torpaq siyasəti İsrailin təhlükəsizliyini təmin etməyəcək", - deyə Salam vurğulayıb.

O, həmçinin Livan və İsrail arasında birbaşa danışıqların tərəfdarı olduğunu bildirərək, diplomatiyanın Beyrut üçün ən az riskli yol olduğunu qeyd edib.

Qeyd edək ki, Livan-İsrail danışıqlarının dördüncü raundu 2-3 iyunda Vaşinqtonda keçiriləcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər