Kiyevdə istilik elektrik stansiyasının yaxınlığında PARTLAYIŞ
Kiyevdə 6 saylı istilik elektrik stansiyası yaxınlığında partlayış baş verib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Desnyanski rayonunda yerləşən İES-6 ərazisində baş verib.
Hazırda Ukraynanın paytaxtında hava həyəcanı elan edilib.
Qeyd edək ki, İES-6 Kiyevin Desnyanski rayonunda yerləşir və şəhərin ən güclü istilik elektrik stansiyalarından biri hesab olunur.
Aysel Mətləb