Qərbin İrana qarşı qətnaməsinə 3 ölkədən “yox” cavabı

Qərbin İrana qarşı qətnaməsinə 3 ölkədən “yox” cavabı
09.09.2026 22:03 Dünya

Rusiya, Çin və Niger Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Direktorlar Şurasının İrana qarşı qətnaməsini dəstəkləməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a diplomatik dairələrdəki mənbə məlumat verib.

Bildirilib ki, Qərb ölkələrinin təşəbbüsü ilə hazırlanan qətnamə qəbul edilib, lakin yekdilliklə deyil. Rusiya, Çin və Niger qətnamənin əleyhinə səs verib, Şuranın daha səkkiz üzvü bitərəf qalıb. Qətnamənin lehinə 23 ölkə səs verib.

Güman edilir ki, qətnamənin məzmunu bundan sonra BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının üzvlərinin diqqətinə çatdırılacaq. Qətnamədə Tehranın nüvə silahlarının yayılmaması sahəsində öhdəliklərini pozduğu bildirilir.

Qeyd edək ki, AEBA Direktorlar Şurasının növbəti sessiyası sentyabrın 7-də Vyanada başlayıb. İştirakçılar İranın nüvə proqramının inkişafı və AEBA-nın İrandakı təminatlarının yerinə yetirilməsi ilə bağlı məsələlərə baxmağı planlaşdırırlar. Sessiya sentyabrın 11-də başa çatacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər