Husilər elan etdi! Səudiyyədən Yəmənə KÜTLƏVİ ZƏRBƏ
Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri son 12 saat ərzində Yəmənin altı vilayətinə 54 aviazərbə endirib.
TodayPress TV xəbər verir ki, bu iddia ilə Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) hərbi nümayəndəsi Yəhya Səriə çıxış edib.
Onun bəyanatına əsasən, son 12 saat ərzində Səudiyyə Ərəbistanının hərbi təyyarələri Əl-Cauf, Marib, Taiz, Əl-Hudeydə, Səədə və Əl-Beyda vilayətlərinə 54 aviazərbə endirib.
Səriənin sözlərinə görə, Səudiyyə Ərəbistanının qırıcı təyyarələri Xamis-Muşaytdakı Kral Xalid adına aviabazadan havaya qalxıb.
Bundan əlavə, husilərin məlumatına görə, Ət-Taifdəki Kral Fəhd adına aviabazadan havaya qalxan “Typhoon” qırıcısı Əl-Cauf vilayətinə zərbə endirib.
Aysel Mətləb