U-17 millimiz Moldovanın U-18 yığması ilə qarşılaşdı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovanın U-18 yığması ilə beynəlxalq yoldaşlıq turniri çərçivəsində ikinci oyununu keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
“Technical Center of FAM” meydançasında keçirilən qarşılaşma Moldova millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Moldovanın U-17 komandasına 0:2 hesabı ilə uduzub.
Komanda sentyabrın 11-də Latviyanın U-17 komandası ilə üz-üzə gələcək.