Tramp Venesuelanın qızılına da nəzarət etmək istəyir – ABŞ-dən YENİ PLAN

Tramp Venesuelanın qızılına da nəzarət etmək istəyir – ABŞ-dən YENİ PLAN
09.09.2026 16:55 Dünya

ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuelanın qızıl və digər mühüm mineral ehtiyatlarına çıxışı genişləndirməyə çalışır.

TodayPress TV xəbər verir ki, "Reuters"in məlumatına görə, Vaşinqton bu addımla ABŞ şirkətlərinin Venesuelada təkcə neft deyil, həm də milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyan mineral ehtiyatlar sektoruna daxil olmasını planlaşdırır.

Bildirilib ki, Ağ Ev rəsmiləri artıq bir sıra biznes nümayəndələri ilə görüşərək Venesuelanın mədən sektoruna investisiya imkanlarına marağı qiymətləndiriblər.

Mümkün variantlardan biri strateji minerallarla bağlı xüsusi fərmanın qəbul edilməsidir. Mənbələr belə bir sənədin hazırlandığını, lakin ABŞ administrasiyasının son qərarının dəyişə biləcəyini bildiriblər.

Ağ Evin sözçüsü Teylor Rocers isə ABŞ və Venesuelanın “yenidən işlənmiş əməkdaşlıqdan” və Qərb şirkətlərinin ölkənin əsas sektorlarına yeni investisiyalarından faydalandığını deyib. Onun sözlərinə görə, mövcud qanunvericilik kifayət etdiyi üçün hazırda ayrıca fərmana ehtiyac yoxdur.

ABŞ artıq mart ayında Venesuela mənşəli qızılla bağlı müəyyən əməliyyatlara, o cümlədən dövlətə məxsus Minerven şirkəti ilə əməkdaşlığa icazə verib. Daha sonra bu imkan ölkənin digər mineral ehtiyatlarına və mədən sektorunda mümkün investisiya layihələrinə də genişləndirilib.

Venesuela hökumətinin 2018-ci il məlumatına əsasən, ölkədə təxminən 644 ton qızıl, 14,68 milyard ton dəmir filizi, 321,5 milyon ton boksit və 408 min ton nikel ehtiyatı var.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər