Dünya bisavadlığa doğru gedir ? - Təhsildən narazılıq rekord həddə çatdı
Amerikalıların ABŞ-də K-12 (Uşaq bağçasından 12-ci sinfə qədər olan bütün məktəb təhsili) təhsilinin keyfiyyətindən razılığı 32%-ə enərək Gallupun 27 illik tarixində ən aşağı səviyyəyə çatıb.
Narazılıq rekord həddə - 67%-ə yüksəlib.
1999-cu ildən bəri orta razılıq 44% olub.
Demokratların razılığı (35%) respublikaçılardan (25%) yüksək qalsa da, son iki ildə ən çox demokratlar arasında azalıb.
Narazıların əsas şikayəti əsas bacarıqların öyrədilməməsidir.
Məktəblər altı sahə üzrə qiymətləndirilib. Ən yaxşı nəticə yeni texnologiyalara uyğunlaşma (44% müsbət), ən pis nəticə isə tənqidi düşüncə və problem həll etmə (yalnız 20% müsbət, 47% zəif) sahəsindədir.
Əmək bazarına hazırlıq da çox zəif qiymətləndirilir (21% müsbət).
Valideynlər övladlarının təhsilindən 66% razıdır (rekord aşağı səviyyə), lakin ümumilikdə ölkə təhsilindən yalnız 32% razıdır.
Valideynlər məktəbləri digər insanlardan daha müsbət qiymətləndirsələr də, tənqidi düşüncə və əmək bazarına hazırlıq hələ də zəif qalır.
İnsanlar övladlarının məktəbindən razıdır, lakin ölkə üzrə təhsil sistemindən narazılıq artmaqdadır.
Qeyd edək ki, Azərbaycanda da oxşar hal müşahidə olunur.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə bəzi bölgələrdə şagirdlərin 80 faizdən çoxunun minimum oxu səviyyəsinə çatmadığını bildirib.
O əlavə edib ki, bəzi bölgələrdə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 75 faizdən çoxdur. Ayrı-ayrı bölgələrdə bu göstərici 80-88 faizə qədər yüksəlir.
"2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlər sadə mətnlərdə belə oxuduqları cümlənin mənasını və ifadə olunan əsas fikri tam başa düşməkdə çətinlik çəkə bilirlər. Nəticələr göstərir ki, oxu savadlılığı üzrə regional fərqlər Azərbaycan təhsil sistemində diqqət tələb edən əsas məsələlərdən biridir".
Nazir, 2022-ci ildən sonra dünya üzrə də təhsil nəticələrində müəyyən geriləmə müşahidə olunduğunu diqqətə çatdırıb.
O, Azərbaycanın bəzi göstəricilərinin müsbət olduğunu vurğulayıb. Nazir xüsusilə riyaziyyat üzrə nəticələrin digər ölkələrlə müqayisədə qənaətbəxş olduğunu bildirib.
Jalə Rövşən