Kurtua milli komandada yerini geri almaq üçün mübarizəyə hazırlaşır

Kurtua milli komandada yerini geri almaq üçün mübarizəyə hazırlaşır
09.09.2026 15:13 İdman

Madrid “Real”ının qapıçısı Tibo Kurtua Belçika millisinin yeni mövsümdə Millətlər Liqası oyunlarında iştirak etməyəcək.

TodayPress TV xəbər verir ki, 34 yaşlı qolkiper bu qərarı şəxsi istəyi ilə qəbul edib.

Bununla belə, Kurtua Avropa çempionatının seçmə mərhələsinin oyunlarında milli komandaya qayıtmağa hazır olduğunu bildirib:

“Belçikanın yeni Millətlər Liqası mövsümündə oynamamaq qərarına gəldim. Yalnız milli komandanın baş məşqçisinin qapıçılarla bağlı zədə problemi yaranarsa, istisna olaraq məni heyətə çağıra bilərlər. Bu həm də o deməkdir ki, Belçika Millətlər Liqasının final mərhələsinə yüksəlsə, həmin oyunlarda iştirak etməyəcəyəm.

Avropa çempionatının seçmə oyunları zamanı Belçika millisindən dəvət almağa yenidən hazır olacağam. Baş məşqçi bununla razıdır, lakin mənə əsas heyətdə yer təmin edə bilməyəcəyini bildirib. Millətlər Liqasında qapını qoruyacaq qapıçı yaxşı çıxış etsə, məşqçi ona etimad göstərməyə davam edə bilər.

Bununla belə, əsas heyətdəki yerim uğrunda mübarizə aparmaq istəyirəm. Yenidən əsas qapıçı olduğumu sübut etmək niyyətindəyəm”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər