Qəzzada ölüm səngimir... Bir gündə yeddi nəfər
İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində sutka ərzində həlak olanların sayı 7 nəfərə çatıb, daha 25 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qəzza xəstəxanalarına öldürülmüş yeddi sakinin meyiti gətirilib, onların əksəriyyəti İsrail qoşunlarının intensiv atəş açdığı Beyt-Lahiya və Əbdül-Al rayonlarından gətirilib. Hazırda 25 xəsarət alana yardım göstərilir, onların arasında qadınlar və uşaqlar da var", - deyə qeyd olunub.
Qurumun məlumatına görə, 2025-ci il oktyabrın 10-da atəşkəs başlayandan bəri İsrailin aviazərbələri və artilleriya atəşləri nəticəsində 1 358 nəfər həlak olub, daha 4 541 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Həmçinin 2023-cü ilin oktyabrından bəri Qəzzada münaqişənin gərginləşməsi qurbanlarının ümumi sayı 73 669-a, yaralananların sayı isə 174 652-yə çatıb.
Aysel Mətləb