Netanyahu Hermon zirvəsindən İrana mesaj verdi: "Bütün ox çökəcək!"

Netanyahu Hermon zirvəsindən İrana mesaj verdi: "Bütün ox çökəcək!"
09.09.2026 18:38 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın Qolan yüksəkliklərində yerləşən Hermon dağının zirvəsinə qalxaraq ölkəsinin “İranı darmadağın etmək” niyyətində olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı onu İsrail hərbçiləri və yəhudi dövlətinin müdafiə naziri İsrael Kats müşayiət edib.

“Roş-ha-Şana ərəfəsində (yəhudi Yeni ili, bu il sentyabrın 12-13-də qeyd olunur – red.) biz Hermon dağının zirvəsindəyik. Dəməşq burada, Livan burada, Suriyanın Qolan yüksəklikləri burada yerləşir və biz Hermon zirvəsindən Yərmuk çayına qədər, buradan isə Aralıq dənizinə qədər bütün əraziyə nəzarət edirik. Heç vaxt olmayan mütləq nəzarət. Biz heç bir terrorçu ordunun sərhədimizdə möhkəmlənməsinə imkan verməyəcəyik”, – deyə Baş nazir vurğulayıb.

Onun sözlərinə görə, İsrailin regionda hərbi-siyasi sahədə “hələ çox işi” var və o, prioritet olaraq Tehranda hakimiyyət dəyişikliyini qeyd edib:

“Əsas vəzifə İrandakı rejimi darmadağın etməkdir. Biz buna çox yaxınıq. Biz bilirik ki, son nəticədə bütün ox (Tehranın regiondakı müttəfiqləri – red.) çökəcək. Biz buna nail olmaqda qətiyyətliyik və bunu edəcəyik”, – deyə Netanyahu iddia edib.

Qeyd edək ki, dəniz səviyyəsindən 2 814 metr yüksəklikdə yerləşən ən yüksək nöqtəsi ilə Hermon massivi Antilivan dağ silsiləsinin ən yüksək zirvəsidir. O, Livan və Suriya sərhədində yerləşir və 1967-ci ildən Qolan yüksəkliklərini müsadirə edən İsrail onun bir hissəsinə nəzarət edir.

Hermon zirvəsi Suriya xəritəsində ən yüksək nöqtədir. Cənub yamaclarını öz suveren ərazisi hesab edən İsrail üçün də bu, əsas zirvədir və sülh dövründə ölkədə fəaliyyət göstərən yeganə dağ-xizək kurortu burada yerləşir.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər