London-Təl-Əviv xətti qırılır? - "Hərbi əməkdaşlığa son qoymağın vaxtıdır"
Hazırda müstəqil deputat və Böyük Britaniya Leyboristlər Partiyasının keçmiş lideri olan Ceremi Korbin İsrailin Fələstinə qarşı davam edən hücumları fonunda Böyük Britaniyanın İsraillə hərbi əməkdaşlığına son qoymasının vaxtının çatdığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Al Jazeera”ya müsahibəsində danışıb.
“Dünən mən Britaniya hökumətini İsrailin ölkənin hərbi obyektlərindən istifadəsinə son qoymağa, həmçinin Britaniyada “Elbit Systems” şirkətinin istehsalını və ölkədə istehsal olunan F-35 qırıcıları üçün hissələrin tədarükünü dayandırmağa çağırdım”, – deyə o qeyd edib.
Korbin vurğulayıb ki, o, müharibənin sona çatmasını və Fələstin xalqı üçün sülhün bərqərar olmasının tərəfdarıdır.
“Biz beynəlxalq hüququ müdafiə etməliyik. BMT həm Qərb sahilinə və Qəzzaya yardımın çatdırılmasının zəruriliyinin dəstəklənməsində, həm də işğala son qoyulmasının zəruriliyinin təmin edilməsində daha fəal iştirak etməlidir”, - deyə o qeyd edib.
Aysel Mətləb