Pakistan husilərə qarşı əməliyyata qoşulur? Türkiyəyə TƏCİLİ heyət gəldi
Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər Yəməndə husilərə qarşı mümkün hərbi əməliyyatla bağlı müzakirələrin aparıldığı bir vaxtda baş verib.
TodayPress TV xəbər verir ki, “Times of India”nın məlumatına görə, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanının yaratdığı “Məkkə Müdafiə Alyansı” çərçivəsində husilərə qarşı hərbi addımların atılması məsələsi gündəmdədir.
Məlumata əsasən, mümkün əməliyyatın əsas məqsədi husilərin Yəmənin şimalındakı Səədə vilayətindən çıxarılması ola bilər. Bununla belə, bu istiqamətdə hələ yekun qərar qəbul edilməyib.
Qeyd edək ki, “Məkkə Alyansı” çərçivəsində Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə sazişinə əsasən, üzvlərdən birinə hücum digər üzvlərə də hücum kimi qiymətləndirilir.
Məsələ xüsusilə aktuallaşıb, çünki husilər son günlər Səudiyyə Ərəbistanına qarşı hücumlarını gücləndirib və sentyabrın 8-dəki hücumlar nəticəsində 73 nəfərin yaralandığı bildirilib.
Kübra Musayeva