İran sanksiyalardan yayınmaq üçün yeni yola “əl atdı”

İran sanksiyalardan yayınmaq üçün yeni yola “əl atdı”
09.09.2026 20:05 Dünya

İran ABŞ ilə müharibə, blokada və sanksiyalar fonunda ticarət dövriyyəsini qoruyub saxlamaq məqsədilə kriptovalyuta və valyuta əməliyyatlarına nəzarəti yumşaltmağa başlayıb.

TodayPress TV xəbər verir ki, “Financial Times”ın yazdığına görə, İranda şirkətlərə sərhədlərarası ödənişlər üçün Tether (USDT) və Bitcoin kimi kriptovalyutalardan istifadə etməyə, xarici valyutanı bazar məzənnəsi ilə alıb-satmağa və ixracdan əldə olunan gəlirləri birbaşa idxalın maliyyələşdirilməsinə yönəltməyə daha çox imkan verilir.

İran şirkətlərindən birinin rəhbəri bildirib ki, Mərkəzi Bank artıq vəsaitlərin hansı üsulla ölkəyə köçürüldüyünü soruşmur.

“İxracın ödənişi kimi kriptovalyuta qəbul etmək artıq tamamilə adi praktikaya çevrilib”, – deyə şirkət rəhbəri qeyd edib.

Məlumata görə, bu dəyişikliklərin əsas məqsədlərindən biri fiziki şəxslər və şirkətlər tərəfindən ölkəyə qaytarılmayan 94 milyard avrodan çox ixrac gəlirinin geri gətirilməsidir.

2025-ci ildə İran ərazisindən təxminən 10 milyard dollar dəyərində kriptovalyuta əməliyyatlarının keçirildiyi bildirilir. Bununla belə, ABŞ belə tranzaksiyaların həyata keçirilməsinə yardım edən şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etməklə hədələyir.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər