Trampın xəritəsi İslandiyanı hərəkətə keçirdi
ABŞ Prezidenti Donald Trampın paylaşdığı xəritə İslandiyada narazılığa səbəb olub.
TodayPress TV xəbər verir ki, Trampın paylaşımında Meksika, Kanada, Qrenlandiya və digər ərazilər ABŞ-nintərkib hissəsi kimi göstərilib. Xəritədə İslandiyanın ərazisi də ABŞ bayrağının rənglərinə boyanıb.
Bundan sonra İslandiya Xarici İşlər Nazirliyi ABŞ-nin ölkədəki səfirini görüşə çağırıb.
ABŞ prezidentinin paylaşımının İslandiya tərəfinin diqqətini cəlb etdiyi və bununla bağlı Vaşinqtondan izahat istənildiyi bildirilir.
Kübra Musayeva