KİV: Tramp Səudiyyə Ərəbistanı ilə atəşkəsi müzakirə etdi
ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud dünənki telefon danışığı zamanı İranla mümkün atəşkəsi müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.
"Söhbət zamanı onlar İranla müharibəni, eləcə də mümkün atəşkəsi müzakirə ediblər. Bu barədə detallarla tanış olan iki mənbə məlumat verib", - deyə o bildirib.