KİV: Hindistan yaxın aylarda Rusiya neftindən imtina edə bilməz
Dünya
03.02.2026 16:38
Hindistanın yaxın 2–3 ay ərzində Rusiya neftinin idxalından tam imtina etməsi real görünmür və bu addım ölkə iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın nüfuzlu nəşri "The Hindu Business Line" mənbələrə istinadla məlumat yayıb.
Məqalədə qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiya neftindən imtina etməsində israr etsə də, ekspertlər bunu “son dərəcə qeyri-mümkün” ssenari kimi qiymətləndirirlər. Bildirilir ki, sürətlə inkişaf edən Hindistan iqtisadiyyatı üçün belə bir addım dağıdıcı nəticələrə səbəb ola bilər.
Neft emalı şirkətlərinin nümayəndələri və analitiklər vurğulayıblar ki, hökumət tərəfindən Rusiya neftinin idxalının dayandırılması ilə bağlı hələlik heç bir rəsmi göstəriş verilməyib. Adətən bu cür müqavilələr 10 həftəlik bağlanır. Əgər razılaşmalar yanvar ayında imzalanıbsa, logistik şirkətlər 2026-cı ilin mart ayının sonunadək və ya aprel ayınadək Hindistan limanlarında neftin boşaldılmasını davam etdirəcək.
Qiymət Mahir
tag: Hindistanı,Rusiya ,Neft,KİV,Todaypress.tv,
