Kelloq Kiyevə səfər etdi
ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Kit Kelloq 24 Avqust – Ukraynanın Müstəqillik Günü ilə əlaqədar təntənəli tədbirdə iştirak edir.
Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Kit Kelloqa və ABŞ Prezidenti Donald Trampa Ukraynaya diqqətə və dəstəyə görə təşəkkür edib.