Kamerunda qızıl mədəni uçdu, 100 nəfər öldü
Kamerunda qızıl mədəninin uçması nəticəsində 100 nəfər ölüb.
TodayPress TV xəbər verir ki, Kamerunda qızıl hasilatı ilə məşğul olan şaxtanın uçması nəticəsində 100 nəfər həlak olub. Bu barədə "Cameroun24" portalı məlumat yayıb.
Hazırda faciə baş verən ərazidə axtarış-xilasetmə işləri aparılır. Hadisə zamanı şaxtada neçə nəfərin olduğu hələlik dəqiq məlum deyil. Hadisənin səbəbləri barədə də məlumat verilməyib.
Xilasedicilər çətin şəraitdə işləyirlər. Dağıntıların təmizlənməsi əl ilə aparılır. Çünki ağır texnikadan istifadənin hələ dağılmamış şaxta sahələrinin uçmasına səbəb ola biləcəyindən ehtiyat edilir.
Jurnalistlərin məlumatına görə, hadisə Mərkəzi Afrika Respublikası ilə sərhəd yaxınlığındakı qızıl yataqları ilə zəngin ərazidə baş verib.
Bu ilin mayında Çinin şimalında mədəndə baş verən partlayış nəticəsində 90 şaxtaçı həlak olub. Həmin vaxt Çinin Tsinyuan dairəsindəki “Lyuşenyuy” kömür mədənində qaz partlayışı baş verib. Hadisə zamanı şaxtada 247 işçi olub. Əvvəlcə 50 nəfərin öldüyü bildirilsə də, sonradan ölənlərin sayı 82-yə çatıb. ÇTK-nın məlumatına görə, 123 nəfər xəstəxanaya yerləşdirilib, 33 nəfər isə tibbi yardımdan imtina edib. Həmçinin 150-dən çox şəxsin yerüstünə çıxarıldığı və dörd ölünün cəsədinin tapıldığı məlum olub.
Bundan əvvəl Kolumbiyada mədəndə baş verən partlayış nəticəsində insanlar 600 metr dərinlikdə bloklanmışdı.
Qiymət Mahir