İtaliyada narkotik əməliyyatında 384 nəfəri həbs edildi

İtaliyada narkotik əməliyyatında 384 nəfəri həbs edildi
20.12.2025 23:30 Dünya

İtaliya polisi dekabrın 20-də ölkə ərazisində keçirilən iri miqyaslı narkotik əməliyyatı zamanı 384 nəfərin həbs edildiyi barədə məlumat yayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, 1,4 ton narkotik vasitə müsadirə edilib, 655 nəfər, o cümlədən 39 yetkinlik yaşına çatmayan şəxs barəsində istintaq aparılır.

"Polis 35 kq kokain və 40-dan çox odlu silah müsadirə edib", - polisin bəyanatında bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər