İsrail Livana hava zərbələri ENDİRDİ - VİDEO
İsrailin hava zərbəsi nəticəsində Livanın şərqində yerləşən Maşğara kəndində 12 nəfər həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə dövlət agentliyi NNA məlumat yayıb. Zərbə gecə saatlarında Maşğara ərazisində, Bəkaa vadisi bölgəsində həyata keçirilib.
Xilasetmə xidmətlərinin məlumatına görə, intensiv gecə hücumlarından sonra cənub və şərq bölgələrində dağıntılar altında qalanların cəsədləri çıxarılıb.