İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir!

İrəvan gözünü Avropaya dikdi, Paşinyan Orta Dəhlizə şərik çıxmaq istəyir!
25.06.2026 13:48 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İrəvana gözlənilən səfərinin əsas mövzularından biri Ermənistan məhsullarının Avropa İttifaqı bazarına daha asan çıxışının təmin edilməsi olacaq.

TodayPress TV xəbər verir ki, Paşinyan bu barədə iyunun 25-də keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, xüsusilə kənd təsərrüfatı məhsullarının Aİ bazarına çıxışının sadələşdirilməsi ilə bağlı razılaşmanın Ursula fon der Lyayenin səfəri zamanı elan ediləcəyi gözlənilir.

Baş nazir qeyd edib ki, görüşlərdə regional logistika, eləcə də Ermənistanın qlobal nəqliyyat marşrutlarına, o cümlədən hazırda Azərbaycan və Gürcüstan üzərindən keçən Orta Dəhlizə inteqrasiyası məsələləri də müzakirə olunacaq.

Paşinyan "Sülh kəsişməsi" təşəbbüsünün potensialına diqqət çəkərək bildirib ki, Cənubi Qafqazdakı nəqliyyat layihələri bir-birinə rəqib deyil. Onun fikrincə, yük axınlarının həcmi o qədər böyükdür ki, onların yalnız bir marşrut vasitəsilə daşınması mümkün deyil və regionda bir neçə nəqliyyat dəhlizinə ehtiyac var.

Qiymət Mahir

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər