İranın XİN müavini Rusiya və Çin səfirləri ilə görüşdü
İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi ABŞ ilə İranın nüvə proqramı üzrə aparılan ilk danışıqlardan sonra Tehranda Rusiya və Çin səfirləri ilə məsləhətləşmələr aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
“Bu gün Pekinə səfərdən və Oman danışıqlarından sonra Tehranda Rusiya və Çin səfirləri ilə görüşdük, maraq dairəmizdə olan mövzularda fikir mübadiləsi apardıq”, - deyə o bildirib.
Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar fevralın 6-da Omanın paytaxtı Maskatda keçirilib.
Aysel Mətləb