İranın Avropaya zərbə endirmək planları üzə çıxdı
İran ABŞ ilə münaqişənin daha da kəskinləşəcəyi təqdirdə Avropadakı hərbi obyektlərə zərbələr endirməyi nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Tehran ABŞ-nin Cənub-Şərqi Avropadakı obyektlərinə zərbələr endirmək variantını nəzərdən keçirib. Bildirilir ki, mümkün hədəflər arasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası, eləcə də Kiprdəki obyektlər olub.
Məqalədə, həmçinin qeyd olunur ki, İran hakimiyyəti Hörmüz boğazında fiber-optik kabellərin məhv edilməsi imkanını da nəzərdən keçirib.
"Financial Times"a danışan mənbələr bildiriblər ki, münaqişənin daha da eskalasiyası halında İran zərbələrin coğrafiyasını Yaxın Şərqdən kənara genişləndirə bilər.
Mənbələrdən biri deyib: “ABŞ həddən artıq uzağa gedərsə, İran istənilən yolla özünü müdafiə edəcək, regionun hüdudlarından kənara çıxacaq və Avropaya zərbə endirəcək”.
Qiymət Mahir