İranda hərbi baza vuruldu - TƏCİLİ
İranın Konarak şəhərində yerləşən hərbi dəniz bazasına hava hücumu həyata keçirilib.
TodayPress TV xəbər verir ki, IRNA agentliyinin şəhər merinə istinadən yaydığı məlumata görə, zərbə qırıcı təyyarələr tərəfindən iki mərhələdə endirilib. Hücum nəticəsində hərbi bazada iki güclü partlayış baş verib.