İran Xarq adasına hücuma görə cavab tədbirləri görəcək
İran ordusu Amerikanın Xarq adasına hücumlarına Yaxın Şərqdə ABŞ ilə əlaqəli enerji infrastrukturunu hədəf almaqla cavab verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “MS NOW” telekanalına verdiyi müsahibədə bildirib.
"Silahlı qüvvələrimiz artıq neft və enerji infrastrukturumuza hücum edilərsə, cavab verəcəklərini bildiriblər. Onlar regionda Amerika şirkətlərinə məxsus və ya Amerika şirkətlərinin səhmlərinin olduğu istənilən enerji infrastrukturuna zərbə endirəcəklər", - deyə nazir xəbərdarlıq edib.
Aysel Mətləb