İran sahillərində hücum: Naməlum qayıqlar gəmini atəşə tutdu
İran sahillərinə yaxın ərazidə toplu daşıyıcı gəmi atəşə tutulub.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın "UKMTO" mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə Sirik şəhərindən təxminən 11 dəniz mili qərbdə baş verib. Şimala doğru hərəkət edən gəminin kapitanı bir neçə kiçik gəmi tərəfindən hücuma məruz qaldığını bildirib.
Mövcud məlumata əsasən, gəmi heyəti təhlükəsizdir və ətraf mühitə ziyan qeydə alınmayıb.
Türkan İsgəndərli