İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi

İran Fransa səfirliyinin iki əməkdaşını "persona non grata" elan etdi
19.08.2026 12:56 Dünya

İran Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını "persona non grata" elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yerli IRNA agentliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, fransalı diplomatlar iyul ayında Tehranda xarici müdaxilə və casusluqla bağlı böyük işin fiqurantları ilə gizli görüşlər keçiriblər. Onların fəaliyyəti beynəlxalq hüququ, xüsusilə 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasını pozan fəaliyyət kimi qiymətləndirilib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, bu qərar Fransa hakimiyyətinin baş verən hadisəyə reaksiya verməməsi, həmçinin tədbirlər görməkdən və gələcəkdə bu cür insidentlərin təkrarlanmayacağına zəmanət verməkdən imtina etməsi ilə əlaqədar qəbul edilib.

"Persona non grata" elan edilən iki diplomat bir gün əvvəl İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Xarici vətəndaşlar uzun müddət və dəfələrlə dindirilib. Fransanın xarici işlər naziri Jan-Noel Barro bu hərəkətləri “qalmaqallı və qəsdən törədilmiş” adlandırıb.

Buna cavab olaraq Paris qarşılıqlı tədbirlər görəcəyini və iki iranlı diplomatın yaxın günlərdə Fransadan çıxarılacağını açıqlayıb. Barro bildirib ki, o, artıq Tehrandakı həmkarını Fransa vətəndaşlarının diplomatik toxunulmazlığının pozulmasının nəticələri barədə məlumatlandırıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər