İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü

İran bir - bir açıqlayır: hamısını ABŞ öldürdü
09.07.2026 15:57 Dünya

ABŞ-nin İranın cənubundakı Sirik şəhərinə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri Sirik şəhərində yerləşən balıqçılıq limanına zərbə endirib. Hadisə nəticəsində 15 balıqçı yaralanıb, onlardan üçü həyatını itirib.

Bildirilir ki, yaralılardan yeddisi ambulator müalicə alır, səkkiz nəfər isə Minab şəhərindəki xəstəxanaya yerləşdirilib.

IRIB qeyd edir ki, Sirikdəki liman kompleksi tamamilə mülki təyinatlıdır və burada hər hansı hərbi fəaliyyət həyata keçirilmir.

Qeyd edək ki, ABŞ iyulun 9-na keçən gecə İranın hərbi obyektlərinə yeni zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp əməliyyatı gəmilərə edilən hücumlara cavab adlandırıb və Tehrana daha sərt tədbirlər görəcəyi ilə hədələyib. İran isə ittihamları rədd edərək Hörmüz boğazını yenidən bağlaya biləcəyi barədə xəbərdarlıq edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər