İngiltərədə qatarda insident: 10 nəfər yaralandı
İngiltərədə qatarda soyuq silahdan istifadə edilməklə baş vermiş insident nəticəsində bir neçə nəfər xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Kembricşir qraflığı polisi məlumat yayıb.
Məlumata görə, böyük bıçaqla silahlanmış kişi qatarda insanlara hücum etməyə başlayıb.
Hadisə nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan doqquzunun həyatı təhlükəsi var.
Qeyd edilir ki, hücumda şübhəli bilinən iki nəfər həbs edilib.
Türkan İsgəndərli