Hörmüzdə YENİ GƏRGİNLİK: İki ABŞ gəmisi boğaza daxil oldu
Dünya
05.05.2026 16:44
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Truxtun" və "USS Mason" idarəolunan raket esminesləri Hörmüz boğazını keçərək Fars körfəzinə daxil olub. Gəmilər hazırda BƏƏ limanlarına yaxınlaşır.
TodayPress TV xəbər verir ki, məlumatlara görə, esminesler “Project Freedom” (Azadlıq Layihəsi) çərçivəsində əməliyyat keçirib.
Boğazdan keçid zamanı onlar İran tərəfindən kiçik sürətli qayıqlar, raket və dronlardan ibarət “davamlı hücum”a məruz qalıblar.
ABŞ rəsmiləri bildiriblər ki, gəmilər heç bir zərər görməyib, bütün təhdidlər neytrallaşdırılıb. Əməliyyata "Apache" helikopterləri və digər hava qüvvələri dəstək verib. Eyni zamanda iki ABŞ bayraqlı ticarət gəmisi də təhlükəsiz şəkildə boğazı keçib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hadisəni təsdiqləyərək qeyd edib ki, əməliyyat Hörmüz boğazında gəmiçiliyin bərpa olunması məqsədi daşıyır.
Nicat Osmanlı
tag: ABŞ,Hörmüz,Boğaz,Gəmi,Todaypress.tv,
