“Hər kəs xərçəngə yaxalana bilər”: Baydenin xəstəliyindən demokratlar faydalanacaq?

“Hər kəs xərçəngə yaxalana bilər”: Baydenin xəstəliyindən demokratlar faydalanacaq?
21.05.2025 12:01 Dünya

ABŞ-nin sabiq prezidenti Cozef Baydenin prostat vəzisindən xərçəngə tutulması ilə bağlı məlumat qısa zamanda dünya gündəminin əsas mövzularından birinə çevrildi. Yaşlı siyasətçinin səhhəti ilə bağlı narahatlıqlar uzun müddətdir mövcud idi, lakin bu dəfə diaqnoz rəsmi şəkildə təsdiqləndi. ABŞ-nin aparıcı siyasi dairələrində bu məsələ ilə bağlı hansı fikirlər səslənir və bu xəbər Demokrat Partiyası üçün nə deməkdir?

TodayPress TV xəbər verir ki, “TASS” bu barədə araşdırma edib.

Cozef Baydenə aqressiv formalı prostat xərçəngi diaqnozu mayın 16-da qoyulub. Bu barədə rəsmi açıqlama isə iki gün sonra mayın 18-də verilib.

Açıqlamada bildirilir ki, xəstəlik hormon terapiyasına cavab verir və onun gedişinə nəzarət etmək mümkündür. Hazırda Bayden və ailəsi müalicə variantlarını həkimlərlə müzakirə edir.

“Hər kəs xərçəngə yaxalana bilər. Çətin dönəmlərdə daha da gücləndiyimizi anlayırıq. Bizə verdiyiniz sevgi və dəstəyə görə minnətdarıq” deyə Bayden “X” sosial şəbəkəsində paylaşım edib.

Baydenin sağlamlığı ilə bağlı şübhələr hələ uzun müddətdir mövcud idi. Son aylar isə onun durumu ilə bağlı neqativ xəbərlərin sayı artmağa başlamışdı. “Axios” portalı ötən həftə Baydenin 2023-cü ilin oktyabrında sabiq xüsusi prokuror Robert Hör ilə beş saatlıq dindirilməsinin audioyazısını yayımlayıb. Müsahibə zamanı Baydenin cavabları bəzən qeyri-müəyyən olmuş, tez-tez pauzalar vermiş, tarixləri qarışdırmış və hətta oğlu Bou Baydenin vəfatını da xatırlamaqda çətinlik çəkmişdi. Sənədlərin düzgün saxlanılmaması ilə bağlı suallara cavab olaraq isə, qəfil Monqolustana etdiyi səfərdən danışmağa başlamışdı.

Xüsusi prokuror Hör fevralda Baydenə qarşı rəsmi ittiham irəli sürməməyi qərara almışdı. O, siyasətçinin yaddaş problemləri və mühüm tarixləri unuda bilməsi səbəbilə onun qəsdən sənədləri saxladığını sübut etməyin qeyri-mümkün olduğunu bəyan etmişdi.

Baydenin köməkçiləri, əgər o, 2024-cü il seçkilərində qələbə qazansa, onun prezidentliyi dövründə əlil arabasında hərəkət etməli olacağını ehtimal edirdilər. “Axios”un məlumatına görə, onun seçki kampaniyası dönəmində arabadan istifadə etməsi “siyasi baxımdan məqbul” hesab edilmirdi.

Baydenin həkimi Kevin Okonnor da bildirib ki, daha böyük bir hadisə baş verəcəyi təqdirdə əlil arabasına ehtiyac qaçılmaz ola bilər.

Həmçinin məlum olub ki, 2024-cü ilin iyununda keçirilən seçki kampaniyası tədbirində Bayden 20 ildən çox tanıdığı aktyor Corc Klunini tanımayıb. Bu hadisə ətrafındakıları şoka salıb və köməkçilər onun kimlə danışdığını dəfələrlə xatırlatmaq məcburiyyətində qalıblar.

ABŞ mətbuatı yazır ki, Baydenin xəstəliyi prezidentliyi dövründə aşkarlanmış ola bilər. Pensilvaniya Universitetinin onkoloqu, professor İezekiel Emanuel qeyd edib ki, bu tip xərçəng bir günün içində yaranmır və xəstəliyin daha əvvəl mövcud olma ehtimalı böyükdür.

“Bayden bunu bilirdimi? Bunu deyə bilmərəm. Amma fakt budur ki, o, artıq xərçəngdir” deyə həkim bildirib.

Halbuki, 2024-cü ilin fevralında dərc olunan sağlamlıq hesabatında Baydenin “tam sağlam” olduğu və prostat vəzisi ilə bağlı hər hansı problemə rast gəlinmədiyi qeyd olunmuşdu. Mütəxəssislər hesab edir ki, daha diqqətli müayinə nəticəsində xəstəlik o dövrdə də müəyyən edilə bilərdi. Bəzi opponentlər Baydenin komandasını bu diaqnozu qəsdən gizlətməkdə ittiham edir.

Eyni iddianı bəzi respublikaçılar, o cümlədən ABŞ prezidenti Donald Trampın oğlu da səsləndirib.

“Bu barədə niyə daha əvvəl məlumat verilmədi, təəccüblüdür. Xərçəng xəstəliyində doqquzuncu mərhələyə çatmaq üçün vaxt lazımdır. Mən təzəlikcə tibbi yoxlamadan keçdim. Bilirsiniz, bu test standartdır. Onda niyə Baydenin diaqnozu bu qədər gec açıqlanıb?” deyə Tramp da mövzuya münasibət bildirib.

Ekspertlər hesab edir ki, bu vəziyyətdən yalnız respublikaçılar deyil, demokratlar da siyasi divident əldə etməyə çalışa bilər. Amerikalı politoloq Malek Dudakov bildirir ki, Demokratlar artıq Trampı yaşla bağlı problemləri gizlətməkdə ittiham etməyə başlayıblar. Baxmayaraq ki, Tramp daha enerjili görünür. Lakin o da yaşlı siyasətçidir. Demokratlar indi eyni üsulla Trampın sağlamlıq durumunu hədəf almağa çalışacaqlar.

Xatırladaq ki, Cozef Bayden prezidentlikdən getdiyi vaxtda 82 yaşında idi və ABŞ tarixində ən yaşlı dövlət başçısı olaraq tarixə düşmüşdü. O, 2024-cü il prezident seçkilərində yenidən namizəd olsa da, kampaniyasını rəsmi şəkildə dayandırdı. Bu qərarın qəbulunda onun yaşı və səhhəti ilə bağlı artan təzyiqlər həlledici rol oynadı.

Ən çox diqqət çəkən məqam isə 2024-cü il iyunun 27-də keçirilən debat zamanı yaşandı. Baydenin çıxışı qeyri-müəyyən, cavabları natamam və fikirləri dağınıq idi. Bir neçə həftə sonra NATO sammitində də o, oxşar problemlərlə yadda qaldı. Bütün bunlar onun yarışdan çəkilməsi ilə nəticələndi.

Lakin maraqlıdır ki, Bayden yarışdan çıxsa da, medianın diqqət mərkəzində qalmaqda davam edir. Ekspert Vladimir Vasilyevin sözlərinə görə, bu, demokratların yeni liderlər yetişdirməsinə mane olur. Partiyada Baydenin dörd illik prezidentliyini sanki ləğv etmək, onu unudulmuş bir lider kimi göstərmək meyli formalaşıb. Demokratlar lider böhranı yaşayır, vəziyyət isə gərgindir.

ABŞ-də artıq bir neçə aydır ki, Demokrat Partiyasının liderlik vakumu ilə bağlı narahatlıqlar artır. Gənc liderlərə ehtiyac olduğu tez-tez vurğulansa da, bu ehtiyacın cavabını verəcək konkret fiqurlar hələ də ortada yoxdur.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bütün Xəbərlər