Hakan Fidan Pakistana səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan regional inkişafları müzakirə etmək məqsədilə Pakistana səfər edəcək.
TodayPress TV "DHA"ya istinadən xəbər verir ki, o, İslamabadda keçiriləcək toplantıda iştirak etmək üçün sabah yola düşəcək.
Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib: "Nazirimiz bölgədə baş verən hadisələrin qiymətləndirilməsi məqsədilə İslamabadda təşkil olunacaq toplantıya qatılmaq üçün 29-30 mart 2026-cı il tarixlərində Pakistana səfər edəcək".