"Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı

"Google" məhkəmədə uduzdu, media qrupları milyonlar qazandı
30.06.2026 22:00 Dünya

Fransa məhkəməsi reklam elanlarının göstərilməsi zamanı tətbiq edilən rəqabətə zidd təcrübələrlə bağlı "Google"a qarşı iddia qaldırmış bir sıra ölkənin media qruplarının xeyrinə qərar çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, məhkəmə ABŞ şirkətini 126 milyon avro məbləğində təzminat ödəməyə məhkum edib.

Məlumata əsasən, "Prisma Media" 61 milyon avro, "Le Figaro" 26 milyon avro, "Les Echos-Le Parisien" 11,5 milyon avro, "Dailymotion" videoplatforması isə 27,5 milyon avro təzminat alacaq.

Nəşr xatırladır ki, iddiaçılar ilkin olaraq ümumilikdə 570 milyon avro təzminat tələb edirdilər.

"Google"un nümayəndəsi şirkətin məhkəmə qərarı ilə razılaşmadığını, lakin qərardan apellyasiya şikayəti verib-verməyəcəyi barədə hələ yekun qərar qəbul etmədiyini bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər