Fransa İsrail və Livan arasında danışıqları dəstəkləməyə hazırdır

Fransa İsrail və Livan arasında danışıqları dəstəkləməyə hazırdır
14.03.2026 19:45 Dünya

Fransa Prezidenti Emmanuel Makron Fransanın İsrail və Livan arasında danışıqları dəstəkləməyə hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa lideri, “X” sosial şəbəkəsində yazıb.

Makronun sözlərinə görə, o, Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvaf Salam və Parlamentin sədri Nəbih Berri ilə danışıqlar aparıb.

"Livanın xaosa qərq olmasının qarşısını almaq üçün bütün mümkün addımları atmaq lazımdır. “Hizbullah” vəziyyətin təhlükəli şəkildə pisləşməsinin qarşısını dərhal almalıdır", - deyə lider vurğulayıb.

Eyni zamanda, o, yüz minlərlə insanın artıq bombardmanlardan qaçdığı bir vaxtda İsrailin genişmiqyaslı hücumdan imtina etməli və kütləvi hücumları dayandırmalı olduğunu qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər