Fransa Finlandiyaya nüvə silahı verə bilər
Fransa Rusiyanı regionda və bütün Avropadan çəkindirmək məqsədilə Finlandiyaya nüvə silahı verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "The National Interest" məlumat yayıb.
Fransa Prezidenti Emmanuel Makron Fransanın “nüvə çətiri”ni Avropanın qalan hissəsinə də genişləndirməyi təklif edib. İlkin müzakirələrdə səkkiz ölkə, o cümlədən Finlandiya ilə birlikdə NATO-ya qoşulan İsveç iştirak edib.
Nəşr yazır ki, əgər Finlandiya hökuməti düzəlişi qəbul edərsə, ölkə Fransanın nüvə silahlarına ev sahibliyi edə biləcək.
Ölkə hökumət "müdafiə ilə əlaqəli" vəziyyətlərdə nüvə silahlarının idxalına, daşınmasına, çatdırılmasına və saxlanmasına icazə verməyi təklif edir.
Türkan İsgəndərli