Əraqçi və Kallas görüşü: Regionda vəziyyət gərginləşdi

Dünya

01.05.2026 14:32

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Əraqçi özünün "Telegram" kanalında məlumat verib.

Nazir bildirib ki, tərəflər regionda və beynəlxalq arenada baş verən son hadisələri müzakirə ediblər. Danışıqların detalları barədə əlavə məlumatın daha sonra açıqlanacağı qeyd olunub.

Bununla yanaşı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen aprelin 29-da bildirib ki, ABŞ və İran arasında mümkün münaqişənin nəticələri Avropa İttifaqı üçün uzunmüddətli problemlər yarada bilər. O, vəziyyəti “sərt reallıq” kimi qiymətləndirib.

Von der Lyayen vurğulayıb ki, Brüssel Yaxın Şərqdə atəşkəsin mümkün qədər uzun sürməsini istəyir və regionda sabitliyin yalnız diplomatik yollarla bərpa olunmasının vacibliyini qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Aİ,İran,Əraqçi,Kallas,Todaypress.tv,