Əfqanıstanda 5,8 maqnitudalı güclü zəlzələ
Əfqanıstanın Hinduquş dağlarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri əhalisi təxminən 161 min nəfər olan Kunduz şəhərindən 169 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı isə 201 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.