Britaniya Kralı və Kraliçası ABŞ-yə səfər edəcək
Böyük Britaniya Kralı III Çarlz və həyat yoldaşı Kamilla 27-30 aprel tarixlərində Vaşinqtona səfər edəcək və Ağ Evdə keçiriləcək şam yeməyində iştirak edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb:
"Melaniya (Donald Trampın xanımı) və mən Böyük Britaniyanın Əlahəzrətləri Kral və Kraliçasının 27-30 aprel tarixlərində ABŞ-yə tarixi bir dövlət səfəri edəcəklərini və 28 aprel axşamı Ağ Evdə möhtəşəm bir ziyafət təşkil edəcəyini elan etməkdən məmnunuq".
Prezident, Kralla vaxt keçirməyi səbirsizliklə gözlədiyini bildirib.
Aysel Mətləb